RU

"Bizi onların mərhəmətinə buraxma!" - Prezident Putinə yalvardı

Bosniya və Herseqovinanın Serbska Respublikasının prezidenti Milorad Dodik Rusiya prezidenti Vladimir Putindən ölkəsini Avropa İttifaqı (Aİ) bürokratlarının mərhəmətinə buraxmamağı xahiş edib.

Publika.az xəbər verir ki, siyasətçi bu barədə RT telekanalına danışıb.

“Mən sadəcə prezident Putindən xahiş etdim ki, bizi Brüsseldən olan ikinci dərəcəli bürokratların mərhəmətinə buraxmasın ”, - deyə Dodik Soçidə Rusiya lideri ilə görüşü barədə danışarkən bildirib.

Onun sözlərinə görə, Aİ rəsmiləri Serbska Respublikasına təzyiqlər edərək onun normal yaşamasına mane olurlar.

Xatırladaq ki, Milorad Dodik bundan əvvəl Vladimir Putindən Serbska Respublikasının müstəqilliyi ilə bağlı referendumu dəstəkləməyi xahiş etmişdi.

Избранный
40
publika.az

1Источники