
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Cümşüd Vəliyevin İrandan idxal etdiyi, ümumi çəkisi 2 ton olan “Saibaba Agrilink Private Limited” əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürüblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən mlumata görə, müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.
Faktla bağlı qəbul olunmuş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.