III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan gimnastları Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq komanda yarışında gümüş medala yiyələnib.
Birinci Belarus, üçüncü Qazaxıstan təmsilçiləri olub.
Bununla yanaşı, Selcan Mahsudova və Şəfiqə Hümbətova sinxron yarışda üçüncü olub.
Belarus birinci, Rusiya isə ikinci yeri tutub.
Bundan başqa, Maqsud Mahsudov və Hüseyn Abbasov oğlanların sinxron proqramında üçüncü olublar.
Qeyd edək ki, bununla da batut gimnastikası yarışlarına yekun vurulub. Azərbaycan gimnastları yarışı 1 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurub.
Bədii gimnastikanın dünya ulduzundan gənclərimiz üçün master-klass
Selcan Mahsudova: “Olimpiya medalını qazanmaq əsas hədəfimdir”
Alina Kabayevanın “Nebesnaya qratsiya” akademiyası III MDB Oyunlarında
Təmsilçilərimizdən iki medal
Gimnastika üzrə Azərbaycan birinciliyində ilk günün qalibləri bəlli olub