RU

Evindən 350 min oğurlanan məmur Təhsil Nazirliyinin vəzifəli şəxsi imiş

Evindən 350 min oğurlanan məmur Təhsil Nazirliyinin vəzifəli şəxsi imiş

Bakının Binəqədi rayonu ərazisində bir mənzildən içində 340 min manat olan seyf oğurlanıb.

Polis tərəfindən aparılan tədbirlərlə oğurluğun 1986-cı il təvəllüdlü Ş.Hüseynova və onun əmisi oğlu 1991-ci il təvəllüdlü Q.Hüseynov tərəfindən törədilməsi müəyyən edilib. Onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə açılmış işin ibtidai istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə məlum olub ki, ev sahibi E.Müseyibov nazirliklərdən birinin vəzifəli şəxsi olub. Oğurluğa görə tutulmuş qadın isə ev sahibinin oğlunun sevgilisi olub.

Belə ki, ailəli şəxs məmurun oğlu ilə 2021-ci ildən sevgili olub. Onlar əsasən E.Müseyibovun oğlunun istəyi ilə evdə görüşüblər və bu zaman Ş.Hüseynova seyfin yerini öyrənib. O, qeyri-qanuni yolla sevgilisinin atasının evinin açarını əldə edərək nüsxəsini çıxardıb və evdə kimsənin olmadığı vaxt oğurluq cinayətini törədib. Daha sonra seyf Bakıdan Şəmkirə aparılaraq açılıb. Həmin pulun bir hissəsi ilə özünə bahalı avtomobil alıb.

Qadın məhkəmədə bildirib ki, seyfi ona sevgilisi özü verib və pulları hədiyyə edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr tarixli hökmü ilə Ş.Hüseynovaya və əmisi oğluna 5 il həbs cəzası verilib.

Evindən 340 min manat oğurlanan şəxs Elm və Təhsil Nazirliyinin vəzifəli şəxsi olub.

E.Müseyibov məhkəmədə ifadəsində bildirib ki, o, may ayında əməliyyat olunub. Əməliyyat günü ailə üzvləri ilə birlikdə xəstəxanada olub və əməliyyat xərclərini ödəmək üçün seyfdən pul götürülüb. Seyf onların yataq otağında saxlanılırmış və onun yerini yalnız o və həyat yoldaşı bilirmiş. Seyfin hündürlüyü təxminən 40-50 sm, çəkisi isə 15 kq-a yaxın olub, bir nəfərin təkbaşına götürməsi çətin imiş.

Seyfin yalnız bir ədəd açarı olub və bu açar həyat yoldaşında saxlanılırmış. Zərərçəkmiş bildirib ki, ailə hər ay qazancından müəyyən məbləği seyfə qoyurmuş, oğulları isə seyfin yerini bilməyiblər. O, oğurluğun mayın 11-də baş verdiyini ehtimal edir, çünki həmin günədək seyf yerində olub.

Избранный
18
42
afn.az

10Источники