RU

Sentyabr ayı üçün peşə tanınması imtahanının nəticələri açıqlanıb

Sentyabrda peşə tanınması ilə bağlı keçirilmiş imtahanda 52 nəfər keçid balını toplayıb.Metbuat.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb. Peşə tanınması imtahanında "Hüquqşünaslıq" ixtisası üzrə 71 nəfər iştirak edib, onlardan yalnız 24 nəfəri uğurlu nəticə əldə edib, 47 nəfərin uğursuz nəticəsi qeydə alınıb.Belə ki, uğursuz nəticə alan şəxslərin 28-i Rusiyadan, 15-i Ukraynadan, ayrı-ayrılıqda bir nəfər olmaqla Belarus, Litva, Gürcüstan və Türkiyədəndir.Eyni zamanda, "Yanğın təhlükəsizliyi mühəndisliyi" ixtisası üzrə peşə tanınması imtahanında 29 nəfər iştirak edib, onlardan yalnız 10 nəfəri uğurlu nəticə əldə edib.19 nəfərin uğursuz nəticəsi qeydə alınıb. Onlardan 16-sı Ukraynadan, 3-ü Rusiyadandır.Digər bir mühəndislik sahəsi olan "Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" ixtisası üzrə peşə tanınması imtahanında 13 nəfər iştirak edib, onlardan yalnız 1 nəfəri uğurlu nəticə əldə edib.12 nəfərin uğursuz nəticəsi qeydə alınıb. Uğursuz nəticə göstərən şəxslər Belarusiyada təhsil alan şəxslərdir.Qeyd edilib ki, "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təhsil" ixtisasları üzrə peşə tanınması imtahanında 5 nəfər iştirak edib.

Onlardan 5-i də uğursuz nəticə əldə edib. Onlardan 2 nəfəri Gürcüstan, 2 nəfəri Rusiyadan, 1 nəfəri isə Türkiyədəndir.

Избранный
27
8
metbuat.az

9Источники