RU

Mabel Matizin 3 ilə qədər həbsi tələb olunur

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Mabel Matiz kimi tanınan türkiyəli müğənni Fatih Karacanın "Perperişan" mahnısının sözlərində nalayiq ifadələr olması və yaş məhdudiyyəti olmadan paylaşıldığı üçün uşaqlara təhlükə yaratdığı iddiaları ilə bağlı araşdırma yekunlaşıb.

Axşam.az xəbər veirr ki, İstanbul Baş Prokurorluğunun hazırladığı iddianamədə “Matiz”ə 6 aydan 3 ilə qədər həbs cəzası tələb olunub.

Sənəddə qeyd edilib ki, mahnının sözlərində dolayı yolla cinsi istəklərin təxribat xarakterli təsvirləri var və fiziki, zehni metaforalar vasitəsilə erotik çağrışımlar oyadır. Sözlərinin cinsi əlaqəni əks etdirdiyi və hər kəs tərəfindən asanlıqla başa düşüldüyü vurğulanıb.

Həmçinin mahnının müğənninin razılığı ilə sosial mediada açıq şəkildə paylaşıldığı və bu rəqəmsal platformalarda yaş məhdudiyyətinin olmadığı bildirilib. Bu vəziyyət ictimai asayiş və uşaqların müdafiəsi üçün təhlükə yaradır.

Nəticədə Fatih Karacanın "ədəbsiz nəşrlərin yayımlanmasına köməklik etdiyi" üçün 6 aydan 3 ilə qədər həbs cəzası istənilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
axsam.az

1Источники