RU

FİFA İsrail yığması ilə bağlı qərarını verdi

FİFA İsrail yığması və klublarının beynəlxalq yarışlarda iştirakına qadağa qoymaqdan imtina edib.

Axar.az xəbər verir ki, bununla bağlı qərar qurumun Sürixdə keçirilən iclasında qəbul edilib.

FİFA prezidenti Canni İnfantino iclasda çıxışı zamanı xüsusilə Qəzza zolağında davam edən vəziyyət kontekstində sülh və birliyin təşviq edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ötən ay UEFA da İsrail futbol klublarının Avropa turnirlərindən kənarlaşdırılması ilə bağlı məsələni gündəmdən çıxarmışdı.

Избранный
14
axar.az

1Источники