RU

Sentyabr ayında hansı məhsulların qiyməti artıb?

Azərbaycanda son dövrlərdə müşahidə olunan qiymət artımı əsasən ərzaq və qeyri-ərzaq məhsullarında özünü göstərib.

İqtisadçı ekspert Vüqar Oruc BAKU.WS-ə açıqlamasında bildirib ki, bu artımın səbəbi yalnız daxili amillərlə bağlı deyil, həm də xarici təsirlər mühüm rol oynayır.

Onun sözlərinə görə, bir çox məhsullar xaricdən idxal olunduğuna görə, logistika və enerji daşıyıcılarının qiymətlərində baş verən bahalaşma avtomatik olaraq həmin məhsulların qiymətinə təsir göstərir. "Topdan satış qiymətlərində də artım müşahidə olunur. Bu isə daxili bazarda müəyyən monopolist meyillərin mövcudluğunu göstərir," – deyə ekspert vurğulayıb.

Vüqar Oruc əlavə edib ki, qiymət artımının digər səbəbləri sırasında mövsümi dəyişikliklər, idxaldan asılılıq və beynəlxalq inflyasiya təsirləri var. Məsələn, bazarda meyvə-tərəvəzlərin qiyməti mövsümi olaraq yüksəlsə də, məhsul bolluğu yarandıqda sabitləşir.

Əsasən yağ məhsulları, banan, mövsümi olmayan meyvə-tərəvəzlər, yerkökü, sarımsaq və şokolad kimi qidalarda qiymət artımı müşahidə olunub. Lakin ekspert qeyd edib ki, ümumilikdə bahalaşmanı "fantastik" adlandırmaq düzgün deyil. Onun sözlərinə görə, qiymətlərin ən çox artdığı dövr əsasən dekabr-yanvar aylarına təsadüf edir.

Şahanə Xankişiyeva

Избранный
14
6
far.az

7Источники