RU

“Atəşgah” Sığortadan Heyvanların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı aksiya Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Atəşgah” Sığorta Şirkəti 4 oktyabr - Heyvanların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində xeyriyyə aksiyası həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, təşəbbüsün əsas məqsədi sahibsiz heyvanlara diqqət və qayğının artırılması, onların rifahına dəstək göstərilməsi olub.

Aksiya çərçivəsində şirkət əməkdaşları Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən “Bars” sahibsiz heyvanlar sığınacağına və Nərimanov rayonunda yerləşən pişik sığınacağına baş çəkiblər.

Ziyarət zamanı sığınacaqda olan heyvanlar müxtəlif növ qida ehtiyacları ilə təmin edilib.

Əlavə olaraq şirkət tərəfindən sahibsiz küçə heyvanları üçün şirkətin brend rənglərinə uyğun olaraq hazırlanmış evciklər də istifadəyə verilib. Həmin evciklər Bakıda yerləşən şirkət ofislərinin qarşısında yerləşdirilərək küçə heyvanları üçün müvəqqəti sığınacaq rolunu oynayacaq.

“Atəşgah” Sığorta Şirkəti uzun illərdir ki, sosial məsuliyyət layihələrinə böyük önəm verir və cəmiyyətə fayda vermək məqsədilə bu cür təşəbbüslərə daim dəstək göstərir. Şirkət yalnız iqtisadi fəaliyyətlə kifayətlənməyərək sosial və ekoloji sahələrdə də cəmiyyətə töhfə verməyi öz prioriteti hesab edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
2
qafqazinfo.az

3Источники