RU

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində mühüm görüş keçirilib FOTO

ain.az bildirir, Turkstan.az portalına istinadən.

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsində türksoylu ölkələrin və icmaların qadın ictimai xadimlərinin, elm və təhsil qurumları təmsilçilərinin iştirakı ilə görüş keçirilib.

Oktyabrın 3-də keçirilən görüşdə açılış nitqi söyləyən Komitə sədri Fazil Mustafa, türksoylu ölkələrin qadın liderlərinin əməkdaşlığının önəmini vurğulayaraq, çağdaş dünyada ictimai birliklərin, o cümlədən qadın təşkilatlarının rolunun cəmiyyətin inteqrasiyası, maariflənməsi və həmrəyliyinin təmin edilməsində önəmini qeyd edib. O, bildirib ki, Azərbaycan bu sahədə əməkdaşlığa və yeni təşəbbüslərə hər zaman açıqdır.

Qonaqlar adından salamlama nitqi ilə çıxış edən “UMAY ANA - Türk Dünyası Qadınlar Birliyi”nin başqanı Mualla Uydu Yücel səmimi qəbula görə təşəkkürünü bildirib, qadın liderlərinin ortaq mədəniyyət, elm və ictimai təşəbbüslər istiqamətində əməkdaşlıq imkanlarını dəyərləndirib, “UMAY ANA”nın fəaliyyətindən söz açıb.

Sonra komitənin sədr müavini Sahib Alıyev, üzvlər Səbinə Salmanova və Günay Ağamalı, qonaqlardan -

Moldova Respublikasının Qaqauz Yeri muxtar bölgəsinin Mədəniyyət naziri Marina Semyonova,

Qırğızıstan EA Dövlət Hüququ Tədqiqat və İxtisaslaşdırma Bölməsinin rəhbəri Turdukan Cumabekova, Güney Qazaxıstan Pedaqoji Universitetinin prorektoru Barşagül İsabek,

Türkmənistan Elmlər Akademiyasının Məhdimqulu adına Dil, Ədəbiyyat İnstitutunun əməkdaşı Qızılgül Tagandurduyeva, İstanbul Gedik Universitetinin Qadın Sahibkarlığı Tətbiqi və Araşdırma Mərkəzinin rəhbəri Ayşin Kaya Şişman, Dünya Axıskalı Türklər Birliyinin (DATÜB) Qadın Qollarının başqanı Refika Muhammedgil və “UMAY ANA - Türk Dünyası Qadınlar Birliyi”nin Azərbaycan təmsilçisi Xuraman Ağamirzə ürək sözlərini bölüşüb.

Çıxışlarda Türk dünyası tarixində qadının yeri, rolu, o cümlədən çağdaş örnəklər, Heydər Əliyev Fondunun, Fondun prezidenti, ölkəmizin l vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən humanitar işlər minnətdarlıqla vurğulanıb.

Qarşılıqlı fikir mübadiləsində, ortaq keçmişdən ortaq gələcəyə gedən ulu yolun məziyyətlərindən söz açılıb, qardaş ölkə və topluluqlardakı vətəndaş cəmiyyəti institutlarının birgə layihələrinin perspektivləri barədə müzakirələr aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
4
icma.az

5Источники