Böyük Britaniyada Mançesterdə sinaqoq yaxınlığında terror aktı zamanı bir neçə nəfərin həlak olması ilə əlaqədar matəm elan edilib.
Paralel.az xəbər verir ki, bu barədə Britaniya KİV-i məlumat yayıb.
Bildirilir ki, oktyabrın 3-ü yerli vaxtla saat 20:00-dək ölkənin bütün hökumət binalarında bayraqlar yarıya endirilmiş vəziyyətdə olacaq.
Xatırladaq ki, Mançesterin Krampsoll rayonunda avtomobilin insanların üzərinə sürülməsi və naməlum şəxsin bıçaqla sinaqoqa hücum etməsi nəticəsində iki nəfər ölüb.