RU

Instagram bizi dinləyir?

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Instagram" sizi dinləmir, mikrofonlardan bu məqsədlə istifadə etmir".

Modern.az xəbər verir ki, bunu "Instagram"ın baş direktoru Adam Mosseri özünün sosial media hesabında yazıb.

O, platformanın istifadəçi söhbətlərini münasib reklam göstərmək üçün dinlədiyinə dair yayılmış iddiaları rəsmən təkzib edib.

Mosseri tövsiyə alqoritmlərinin effektivliyinin məlumat toplama prosesinin digər üsulları ilə bağlı olduğunu izah edib.

Şirkət rəhbəri vurğulayıb ki, belə bir dinləmə fəaliyyətini aşkar etmək çox asandır, çünki müasir mobil platformalar mikrofon işləyəndə xüsusi indikator göstərir və bu zaman telefon batareyası daha sürətlə boşalır. Onun sözlərinə görə, reklamların uyğun olmasının səbəbi reklamverənlərlə əməkdaşlıq və onların öz saytlarının ziyarətçiləri haqqında məlumatları paylaşmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
modern.az

2Источники