RU

Keçmiş döyüşçü: “Messi UFC də də uğur qazana bilərdi”

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

Keçmiş UFC döyüşçüsü Xorxe Masvidal hesab edir ki, əgər ulduz futbolçu Lionel Messi qarışıq döyüş növləri ilə məşğul olsaydı, bu sahədə uğur qazana bilərdi. Sport24.az xəbər verir ki, Masvidal bu barədə "Sports Business Journal"a açıqlamasında deyib.

İdmançının fikrincə, argentinalı futbolçuda MAA-da (Qarışıq döyüş sənəti – red) çıxış etməyə imkan verəcək fiziki göstəricilər və intizam var.

Xorxe əlavə edib ki, Messi fenomenal idmançıdır: "O, bu dünyada yaşamış ən intizamlı insanlardan biridir. Bədən quruluşu əladır, amma döyüş başqa şeydir. Tanrının ona bəxş etdiyi fiziki imkanlar və onun düşüncə tərzi ilə əminəm ki, bu işə ciddi yanaşsaydı, habelə kifayət qədər vaxt ayırsaydı, çox şey göstərə bilərdi".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
1
sport24.az

2Источники