RU

Böyrək problemi olanlara bu dərmanlar olmaz - DİQQƏT

DocMed klinikasının nefroloqu Natalya Zakuraeva Mail.ru Sağlamlıqa açıqlamasında böyrəklərə zərər verməmək üçün ağrıkəsicilərin düzgün qəbul qaydalarını izah edib.

E-saglam.az xəbər verir ki, nəzarət edilməyən NSAİD-lərin (steroid olmayan iltihab əleyhinə dərmanlar) təhlükəsi NSAİD-lər böyrəklər üçün potensial toksik ola bilər.

Bu dərmanlar:

Aspirin, diklofenak, indometasin, ibuprofen, naproksen, nimesulid və s.

Bu preparatlar ağrını azaldır, lakin onların yan təsirləri də var:

böyrək zədələnməsi,

maye yığılması,

qan təzyiqinin yüksəlməsi.

Əgər şəxs artıq böyrək funksiyasının pozulması ilə mübarizə aparırsa (məsələn, qanda kreatinin səviyyəsi yüksəkdirsə), NSAİD-lər böyrəyə qan axınını azaldaraq vəziyyəti ağırlaşdıra bilər. Hətta sağlam böyrəklər üçün də uzunmüddətli və yüksək dozada qəbul təhlükəlidir.

Xüsusi risk qrupları:

45–65 yaş arası insanlar,

NSAİD-lərə yüksək həssaslığı olan şəxslər,

NSAİD-ləri 2 həftədən çox qəbul edənlər.

Alternativlər və tövsiyələr:

Temperaturu salmaq və ağrını azaltmaq üçün asetaminofen (parasetamol) istifadə edilə bilər. Uzunmüddətli istifadədə (3 gündən çox) həkim nəzarəti vacibdir və spirt istifadəsindən qaçmaq lazımdır.

Kardioloq kiçik doza aspirin təyin edibsə, normal böyrək funksiyası olan insanlara zərər yoxdur, amma gündə 6–8 tabletdən artıq qəbul etməmək vacibdir.

Böyrək xəstəliyi olanlarda aspirin qanaxma riskini artırır, buna görə həkimlə razılaşdırılmalıdır.

Vacib tövsiyə: Ağrıkəsiciləri yalnız həkim göstərişi ilə, minimal effektiv dozada və mümkün qədər qısa müddət istifadə etmək lazımdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
3
1
e-saglam.az

2Источники