RU

“Messi bu planetdə yeriyən ən intizamlı insanlardan biridir”

UFC-nin sabiq döyüşçüsü Xorxe Masvidal hesab edir ki, argentinalı futbolçu Lionel Messi qarışıq döyüş sənətlərində (MMA) də uğur qazana bilərdi.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, o, Messinin həm fiziki göstəricilərinin, həm də intizamının belə bir idman növündə rəqabət aparmağa imkan verə biləcəyini deyib:

“Messi fenomenal atletdir. O, bu planetdə yeriyən ən intizamlı insanlardan biridir. Bədən quruluşu mükəmməldir, amma döyüş döyüşdür.

Bu işə ciddi yanaşsaydı və kifayət qədər vaxt ayırsaydı, düşünürəm ki, çox şey göstərə bilərdi”.

38 yaşlı Messi hazırda “İnter Mayami”də çıxış edir.

Избранный
35
sportinfo.az

1Источники