RU

Ərdoğan və Tramp arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Telefon danışığı zaçan Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr və Qəzzadakı vəziyyət müzakirə edilib.

Ərdoğan Vaşinqtona səfərlərinin Türkiyə-ABŞ əlaqələrini daha da gücləndirdiyini və iki ölkə arasında bütün sahələrdə, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək üçün addımların atılmasının vacib olduğunu bildirib.

Prezident Türkiyənin Qəzza başda olmaqla bütün regionda sülh və əmin-amanlığın təmin edilməsi üçün sıx səylər göstərdiyini və bu məqsədə yönəlmiş təşəbbüsləri alqışladıqlarını bildirib.

Prezident Ərdoğan Türkiyənin sülh üçün diplomatik səylərini sürətləndirdiyini və qlobal sülhə töhfə verməyə davam edəcəyini vurğulayıb. O vurğulayıb ki, İsrailin hücumlarına son qoyulması regionda sülhün bərqərar olmasına yönəlmiş təşəbbüslərin uğuru üçün çox vacibdir.

Məlumata görə, telefon danışığı Trampın təşəbbüsü ilə baş tutub.

Избранный
12
6
musavat.com

10Источники