RU

Rusiyanın Polşa və Estoniyaya hücumu: gizli razılaşma var Ekspert

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-la danışıqların üçüncü raundunun mütləq payızın sonuna kimi baş tutacağını bildirib. Nazir müavini iki ölkə arasında qıcıqlandırıcı faktorların aradan qaldırılması ilə bağlı müzakirənin keçirilməli olduğunu söyləyib. Kreml rəsmisinin bu açıqlaması ABŞ-ın son zamanlarda Rusiyaya qarşı sərt ritorikası fonunda diqqət çəkir.

Vaşinqton danışıqlara hansı əsaslarla razılıq verə bilər? Belə bir görüş mövcud proseslərin gedişatında hansı dəyişikliyə yol açacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Prezident Donald Tramp və ABŞ-ın yüksək ranqlı rəsmilərinin Rusiyaya qarşı sərt ritorikaları ilə real addımları arasında tamamilə fərqli mənzərə var:

“Açıq mənbələrdəki məlumatlar kontekstində proseslərin şərhi bəzən yanlış dəyərləndirmələrə və proqnozlara yol açır. Müşahidələr göstərir ki, hazırkı ABŞ hökuməti ilə Rusiya arasında verilən açıqlamalarla praktiki addımlar tamamilə ziddiyyət təşkil edir. Bu da Moskva ilə Vaşinqton arasında pərdəarxası razılaşmaların olması ehtimallarını gücləndirir.

Tramp Rusiya ilə münasibətləri gərginləşdirməməyə, əksinə inkişaf etdirməyə çalışır. Buna görə də Ukrayna məsələsində Britaniya və Avropa İttifaqının ənənəvi strategiyasını dəstəkləmir. Bu da onu deməyə əsas verir ki, Tramp Rusiyanın Ukraynadakı maraqlarına qarşı çıxmayacaq. Məsələni müəyyən qədər aydınlaşdırmaq üçün Trampın öncəki açıqlamalarına nəzər salmaq kifayətdir. O bildirmişdi ki, Avropa İttifaqı Ukrayna məsələsində Rusiyaya təzyiq edilməsi ilə bağlı səmimi deyil. Trampın son əsaslandırması belə idi ki, Çin Rusiyanın müttəfiqidir və Ukrayna müharibəsində Rusiyaya dəstək verir. Amma Avropa İttifaqı Çinə sanksiya tətbiq etmir. Tramp bununla o mesajı verir ki, artıq kollektiv Qərb, yaxud ümumi maraq anlayışı yoxdur və Britaniya və Avropa İttifaqının deyil, yalnız Birləşmiş Ştatların maraqları kontekstində çıxış edəcək. Nəzər alsaq ki, Çinlə Avropan İttifaqı arasında ticarət dövriyyəsi 800 milyarda yaxındır və onun təqribən 520 milyard doları Çinin Avropa İttifaqı ölkələrinə ixracı hesabınadır, o zaman Trampın haqlı olduğunu söyləmək mümkündür”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, Ukrayna məsələsi ilə bağlı prioritetlər dəyişib və bütün tərəflər öz maraqlarının təmin olunmasına çalışırlar:

“Buna görə də heç kəs Ukraynanın ərazi bütövlüyünün təmin olunması, beynəlxalq hüquq və ədalət axtarışında deyil və olmayıb.

Rusiya ilə Tramp Administrasiyasını pərdəarxasında tərəfdaşa çevirən ən önəmli faktor qlobal imperializmə qaşı mübarizədir. Tramp prezident seçiləndən sonra və inaqurasiya mərasimində ilk baxışda adi səslənən, əslində dərin məna kəsb edən tezislər səsləndirdi. Tramp bildirdi ki, bundan sonra ABŞ siyasəti yalnız iki cinsi – kişi və qadını tanıyacaq. Daha sonra isə ABŞ daxilində və dünyanın müxtəlif bölgələrində qlobal imperializmin dayaqlarının sıradan çıxarılmağa çalışıldı. Məsələn, USAİD-in qapadılması, LGBT və bənzər meyillərin təbliğatının qarşısının alınması, eyni zamanda qlobal imperializmin ruporu olan və bəlli çevrələrdən maliyyələşən media quruluşlarının fəaliyyətinin dayandırılması kimi addımlar qlobal miqyasda inqilabi proseslərin gedəcəyinin ilkin anonsları idi.

Əli Zülfüqaroğlu

Təbii ki, öncə ABŞ daxlində və dünyada Trampın hakimiyyətdən getməsi üçün, ona qarşı sui-qəsd təşkil edən qüvvələr-qlobal imperialzimin rıçaqlarının işə düşəcəyi gözlənilən idi. Tramp ABŞ-da ciddi təzyiq altındadır və ona həm daxildə, həm də beynəlxalq səviyyədə ciddi beynəlxalq dəstək lazımdır. Hazırda qlobal imperializmin ən güclü dayağı Avropa İttifaqıdır, yəni bu birlik qlobal imperializm tərəfindən idarə olunur. Trampın ənənvi dəyərlərlə bağlı çıxışından sonra Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ ilə sıx əməkdaşlıq etməli olduqlarını, amma “dəyişməmiş Avropa dəyərlərini qorumaq üçün bütün vasitələrdən istifadə etməyə hazır olduqlarını” deməsi Trampla-Avropa İttifaqı arasında gərginliyin ciddi problemlər vəd etdiyinin göstəricisi idi.

Yəni görünən odur ki, Ukrayna məsələsi və ya Rusiya ilə mübarizə Tramp və komandası üçün prioritet deyil. Tramp əksinə Rusiya, Türkiyə və qlobal imperializmin qarşısında olan bütün dövlətlərlə sıx münasibət qurmaqla öz mövqelərini gücləndirməyə çalışır. Bu baxımdan Vaşinqtonun əsas hədəfi Avropa İttifaqıdır. Aİ ya yeni hökumətlərin formalaşdırılması ilə bütöv bazar olaraq, ya da parçalanaraq ABŞ-ın nəzarətində qalmalıdır.

Bu prizmadan məsələyə yanaşsaq, o zaman Rusiyanın nəinki arxayın şəkildə Ukraynaya, həmçinin Polşa və Estoniyaya hücumunun nə üçün baş verdiyini və nəyə hesablandığını təxmin etmək çətin deyil. Eyni zamanda sərt ritorikaların nə qədər əsaslı olduğunu və Ukraynanın Vaşinqton üçün hansı əhəmiyyətə malik olmasını”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
globalinfo.az

1Источники