RU

75 yaşında vəfat edən sabiq nazir Oqtay Şirəliyev KİMDİR... - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev dünyasını dəyişib.

 
Sitat.info Musavat.com-a istinadla sabiq nazirin dosyesini təqdim edir:
 
Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. O, 1967–1973-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu “Müalicə işi” ixtisası üzrə bitirib.
 
1974-cü ildə Bakı şəhəri AR Daxili İşlər Nazirliyinin Hospitalında cərrah kimi fəaliyyətə başlayıb. 1977-ci ildə Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahlıq üzrə kliniki ordinaturasına, 1978-ci ildə isə 1-ci Moskva Tibb İnstitutunun aspiranturasına qəbul olunub.
 
1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyasını müdafiə edərək, SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini alıb. 2003-cü ildə isə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilib.
 
Oqtay Şirəliyev 20 oktyabr 2005-ci il tarixli Prezident Sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Onun səhiyyə sahəsindəki xidmətləri yüksək qiymətləndirilib və 12 avqust 2015-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.
 
Xatırladaq ki, Oqtay Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilib.
Избранный
23
14
sitat.info

10Источники