RU

Astaranın Sım kəndinə jurnalistlər üçün mediatur təşkil olunub FOTO/VİDEO

ain.az bildirir, Dogru.az portalına istinadən.

Oktyabrın 3-də Dövlət Turizm Agentliyi jurnalistlər üçün Astaranın Sım kəndinə mediatur təşkil edib.

Doğru.az xəbər verir ki, tur çərçivəsində media nümayəndələri kəndin turizm imkanları, təbiət gözəllikləri və yeni yaradılan infrastrukturla tanış olublar.

Mediatur zamanı iştirakçılara kənddə tikilən qonaq evləri, yaradılan şərait, həmçinin gələcəkdə planlaşdırılan layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, Sım kəndi təkcə qonaq evləri ilə deyil, zəngin təbiəti, şəlalələri, bulaqları və qədim ənənələri ilə də turistlər üçün maraqlı məkana çevrilib.

Agentlikdən bildirilib ki, kənddə muzeylərin qurulması, açıq hava muzeyinin tikilməsi və yerli sənətkarlıq nümunələrinin sərgilənməsi istiqamətində işlər davam edir. Məqsəd kəndin həm ekoturizm, həm də mədəni turizm baxımından inkişaf etdirilməsidir.

Statistikaya əsasən, hər yay mövsümündə kəndə 2000-dən çox turist səfər edir. Yeni layihələrin reallaşdırılması ilə Sım kəndinin cənub bölgəsinin əsas turizm mərkəzlərindən birinə çevriləcəyi gözlənilir.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
1
dogru.az

2Источники