RU

"Məğlubiyyət bizim motivasiyamızı azaltmayacaq" -Jorj Kaşkilya

"İmişli" Misli Premyer Liqasının 7-ci turunda səfərdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzub.

Fanat.Az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox çətin və keyfiyyətli oyun oldu. Bilirik ki, "Araz-Naxçıvan" avrokuboklar üçün mübarizə aparır. Matça yaxşı başladıq. Komandam yüksək pressinq tətbiq edirdi. Bərabər oyun gedirdi. "Araz-Naxçıvan" birinci hissədə standart vəziyyətdən yaxşı istifadə etdi. Fasilədə oyunçulara motivasiya verdik. İkinci yarıya çox yaxşı başladıq. Hücumda çox vaxt keçirirdik. Hesabı bərabərləşdirmək üçün əlimizdən gələni etdik. Son dəqiqələrdə penaltidən yararlana bilmədik. Sonda "Araz-Naxçıvan" ikinci qolu vurdu.

- Çox dəyişiklik etdiz. Bunun səbəbi nə idi?

- Bu, normal haldır. Çünki məğlub olurduq. Buna görə meydana hücumameyilli oyunçular buraxdıq.

- Penaltinin dəqiq yerinə yetirilməməsi sizi narahat edir?

- Biz futbolçuları nəinki penaltilərə, cərimə zərbələrinə də hazırlayırıq. Penalti qaçırmaq futbolda normal haldır. Messinin, Maradonanın da vura bilmədiyi vaxtlar olub.

- Növbəti oyunlarda qələbə qazanmaq üçün nə etmək lazımdır?

- Qələbə və məğlubiyyət futbolun bir hissəsidir. Elə komanda yoxdur ki, həmişə qalib gəlsin. "Araz-Naxçıvan" çox güclü komandadır. "İmişli"nin onlara qarşı belə oyun göstərməsi pozitivdir. Məğlubiyyət bizim motivasiyamızı azaltmayacaq. "Qəbələ" ilə matçda meydana qələbə qazanmaq üçün çıxacağıq. Məşqlərimizə eyni formada davam edəcəyik.

Избранный
10
3
fanat.az

9Источники