RU

ABŞ narkokartellərə qarşı hərbi qanunlarla mübarizə aparacaq

ABŞ prezidenti Donald Trampın administrasiyası Pentaqona Venesuela narkokartellərinə qarşı silahlı münaqişə qanunları əsasında əməliyyatlara başlamağa göstəriş verib.

Day.Az xəbər verir ki, bu barədə ABŞ KİV məlumat yayılıb.

"Prezident Müdafiə Nazirliyinə [narkokartellərə] qarşı silahlı münaqişə qanunlarına uyğun əməliyyatlar keçirməyi tapşırıb", - ABŞ Konqresi nümayəndələrinin aldığı bildirişdə qeyd olunur.

 

Sənəddə bildirilir ki, ABŞ "kritik nöqtəyə çatıb və özünümüdafiə və başqalarını qorumaq məqsədilə güc tətbiq etməyə məcburdur".

"The Hill" nəşrinin yazdığına görə, sənəddə ABŞ hərbçilərinin hədəfinə çevriləcək, terrorçu hesab olunan narkokartellərin konkret adları göstərilməyib.

Избранный
12
3
day.az

4Источники