RU

XİN: Azərbaycan Almaniya ilə iqtisadi əlaqələrin inkişafından məmnundur

Apa.az saytına istinadən ain.az xəbər verir.

"Azərbaycan Almaniya ilə iqtisadi əlaqələrin inkişafından məmnundur".

APA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov “Alman Birliyi Günü” münasibətilə keçirilən tədbirdə dilə gətirib.

“Almaniya Azərbaycanın qeyri-neft və qaz sektoruna ən çox sərmayə yatıran 10 ölkədən biridir. Ötən il ticarət dövriyyəsinin həcmi 1,6 milyard ABŞ dollarına çatıb. Bu ilin ilk səkkiz ayı ərzində isə bu rəqəm 1 milyard ABŞ dolları təşkil edib. Almaniya hazırda Azərbaycanın xarici ticarət tərəfdaşları arasında beşinci, Avropa ölkələri arasında isə ikinci yerdə qərarlaşıb”, - Elmar Məmmədov qeyd edib.

XİN nümayəndəsi Azərbaycan və Almaniya arasında humanitar sahədə olan əməkdaşlıqdan da söz açıb.

“Humanitar sahədə müsbət əməkdaşlıq nümunələrini də burada qeyd etmək lazımdır. Alman dili Azərbaycanda ən populyar xarici dillərdən biridir. Minlərlə azərbaycanlı Almaniyada təhsil alıb və almaqda davam edir. Azərbaycanın Mədəniyyət Mərkəzi Berlində uğurla fəaliyyət göstərir. Bütün bu nailiyyətlər xalqlar arasında əlaqələrin daha da inkişafına və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yol açır.

Əminik ki, birgə səylərimiz nəticəsində Azərbaycan və Almaniya arasında dostluq münasibətləri qarşıdakı illərdə xalqlarımızın rifahı naminə daha da genişlənəcək”, - Elmar Məmmədov vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
3
apa.az

4Источники