RU

Yumurtanın bu faydasını bilirdinizmi?

Diyetoloqların ümumi fikrinə görə, yumurta ən faydalı qida məhsullarından biridir. Bir çox vacib vitamin, mineral və aminturşuları ilə zəngin olan yumurta orqanizm tərəfindən demək olar 100% mənimsənilir. Amerika alimlərinin yeni elmi araşdırması yumurtanın növbəti faydalarını aşkar edib.

E-saglam.az xəbər verir ki, alimlərin fikrinə görə, yumurta arıqlamağa kömək edir və arterial təzyiqi tənzimləyir.

Mütəxəssislər sübut edir ki, hər gün yumurta yeyən insan özünü bir çox ürək-damar sistemi xəstəliklərindən qoruya bilər.

Qidalı maddələrlə zəngin olan yumurta pəhriz saxlayan insanlar üçün ideal məhsuldur. Yumurta tez toxluq hissi yaradır və uzun müddət ərzində tox saxlayır.  

© Saglamolun.Az

E-saglam.az

Избранный
19
e-saglam.az

1Источники