RU

Şəkidə AĞIR QƏZA: 6 yaralı var

Bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qəza baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata əsasən yaralıların hamısı kişi cinsindəndir. Müxtəlif bədən xəsaətləri alan yaralılara ilkin tibbi yardım göstərilib və müalicələri davam etdirilir.

Yol qəzası ilə bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Избранный
6
2
bizim.media

3Источники