RU

Milyarder İbrahim Süleymanov 2 qətl və 1 qətl cəhdində İTTİHAM OLUNUR

Milyarder İbrahim Süleymanov iki qətl və bir qətl cəhdi ilə ittiham olunur.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, milyarder İbrahim Süleymanov iki qətlin və bir qətl cəhdinin təşkilində ittiham edilir. Hadisələrlə bağlı cinayət işi artıq məhkəməyə təqdim olunub.

Moskva məhkəməsi milyarder Süleymanovu qətl işi ilə bağlı dekabrın 2-dək həbsdə saxlayıb,

Süleymanov ittihamları rədd edir, deyə onun vəkili açıqlama verib. Müdafiə tərəfi həbs qərarına qarşı apellyasiya verəcəyini bildirib.

İttihamın mahiyyəti barədə əlavə məlumat verilməyib, lakin hüquq-mühafizə orqanları iş üzrə geniş araşdırma aparır.

Süleymanovun sağlamlıq vəziyyətinin həbs qərarına təsir edə biləcəyi də qeyd olunur.

Bu cinayət işi Rusiya mediasında geniş əks-səda doğurub və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
12
1
interpress.az

2Источники