PSJ-nin futbolçusu Uorren Zair-Emeri Avropanın böyük klublarının transfer siyahısına düşüb.
Day.Az xəbər verir ki, "Arsenal", "Mançester Siti", "Bavariya" və "Real" fransalı yarımmüdafiəçini transfer etmək istəyir.
Adıçəkilən klublar Zair-Emeri üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Gənc oyunçunun müqaviləsində 90 milyon avroluq sərbəsstqalma məbləği var.