RU

"Qələbə qazansaq da, ağır matç oldu" -Elmar Baxşıyev

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 7-ci turunda "Liv Bona Dea Arena"da "İmişli"ni 2:0 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Qələbə qazansaq da, ağır matç oldu. Komanda şəklində yaxşı oyun ortaya qoyduq. Əfsuslar olsun ki, yaratdığımız epizodların hamısından yararlana bilmədik. Futbolçularımı təbrik edirəm. Oyundan-oyuna hücum planında daha da yaxşı olacağıq.

- Bu mövsüm üçün hədəfləriniz nədir?

- Bugünkü rəqibimiz çempionatın ən ağır komandalarından biridir. "İmişli" müdafiəni yaxşı quran kollektivdir. Komanda olaraq oyuna hazır idik. Sevindirici haldır ki, futbolçular verilən tapşırıqları düzgün yerinə yetirməyə çalışırdılar. Komandamın tam potensialı bu deyil. Düşünürəm ki, tam heyət olandan sonra daha yaxşı olmaq ehtimalımız çoxdur. Hədəfə gəldikdə, hələ çempionatın əvvəlidir. İndidən hədəf barədə düşünmürük. Yalnız önümüzdəki rəqibi düşünürük. Sağlam bir kollektivimiz var. İnanıram ki, futbolçularım bu il də ortaya yaxşı iş qoyacaqlar.

- Komanda 10 qol vurub, 9 qol buraxıb. Bu statistika sizi narahat edir?

- İşə statistika ilə yanaşsaq, özümüzü aldatmış olarıq. Bəzən statistika heç bir anlama gəlmir. Bu gün oyunu daha rahat bitirə bilərdik. Amma son dəqiqələrə kimi dinamika, həyəcan davam etdi. Mövsümün əvvəlidir, sıxıntıların olması normaldır. Heyətimizə yeni oyunçular qatmışıq. Zamanla daha yaxşı komanda olacağıq.

- Sizcə, "Qarabağ" Çempionlar Liqasında qələbələrin davamını gətirə biləcək.

- "Qarabağ"ın uğuru hamımızın uğurudur. Biz onlara görə sevinirik. Göstərdikləri oyun ümid verir ki, daha artığını edə bilərlər.

Избранный
33
6
fanat.az

9Источники