RU

XİN: Azərbaycan TDT çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə sadiqdir



Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə sadiqdir.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə "X" hesabındakı postunda qeyd olunub.

"3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə qardaş türk dövlətlərini səmimi qəlbdən təbrik edirik. Təşkilatımızın təməlinin qoyulduğu Naxçıvan Sazişinin imzalandığı bu əlamətdar gün, ortaq tarix, dil və mədəniyyətə əsaslanan Türk dünyasının həmrəyliyinin və birliyinin təntənəsidir. Azərbaycan qardaş ölkələrlə birgə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə və ortaq gələcəyimizin qurulmasına sadiqdir. Türk birliyi – güc, sabitlik və rifah mənbəyidir!" - paylaşımda vurğulanıb.

Mehman Mehdiyev
Избранный
15
16
newscenter.az

10Источники