RU

Maqsud Mahsudov III MDB Oyunlarının qalibi oldu

Azərbaycan gimnastı Maqsud Mahsudov III MDB Oyunlarında qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, o, batut gimnastikası üzrə kişilərin fərdi yarışında 60.190 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Xatırladaq ki, bundan əvvəl qadınların fərdi yarışında milli komandamızın digər üzvü Selcan Mahsudova bürünc medal əldə etmişdi.

Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara bu gün yekun vurulacaq.

Избранный
9
9
90deqiqe.az

10Источники