RU

Türkiyə siyasətində KAAN skandalı Ərdoğandan sonraya onu hazırlayırlar

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın BMT Baş Assambleyasının 80-сi sessiyasından sonra jurnalistlərə açıqlamasında KAAN (Milli Döyüş Təyyarəsi) barədə fikirləri ciddi müzakirələrə yol açıb.

“Biz F-35-ləri almağı gözləyirik, KAAN üçün mühərriklər məsələsi hazırda parlamentdə gözləmədədir. Onların lisenziyaları dayandırılıb. Başqa sözlə, lisenziyaların verilib mühərriklərin gəlməsi lazımdır ki, KAAN-ların istehsalı başlasın”, – H.Fidan qeyd edib.  

Globalinfo.az-a danışan türkiyəli politoloq Engin Özer deyib ki, ictimaiyyət ilk istehsalda istifadə edilən mühərriklərin Amerikadan alınacağını artıq bilirdi, lakin bu, rəsmən açıqlanmamışdı:

“Hakan Fidanın açıqlaması bu iddianın doğru olduğunu təsdiqlədi. İlk istehsal mərhələsində Amerika mühərriklərindən istifadə ediləcəyi bəlli idi. Lakin Hakan Fidanın bu bəyanatı qəsdən etdiyinə dair bəzi iddialar var. Bildiyiniz kimi, hazırda Ərdoğandan sonra Ədalət və İnkişaf Partiyasına (AKP) kimin başçılıq edəcəyi məsələsi gündəmdədir. Bunu partiya daxilində də müzakirə edirlər. Hazırda üç namizəd var: Hakan Fidan, Bilal Ərdoğan və Səlcuq Bayraqdar. Yəni ailədən kənar yalnız Hakan Fidandır.

Hakan Fidanı Milliyyətçi Hərəkat Partiyası (MHP) da dəstəkləyir və məlum olduğu kimi, o bir qədər mərkəzə yaxındır. Yəni Hakan Fidan millətçi ritorikası ilə tanınır. Onun ciddi dəstəyi var, lakin ailədən olmadığı üçün partiyada bölünmə yaratdığını demək olar.

Hakan Fidan bu açıqlama ilə əslində öz siyasi karyerasına töhfə vermiş oldu. Başqa sözlə, dürüstlüyünü nümayiş etdirməyə çalışır. Və bu baxımdan o, Səlcuq Bayraqdara qarşı da bir addım atdı. Çünki KAAN məsələsinin məsuliyyətini nədənsə daha çox Səlcuq Bayraqdar öz üzərinə götürürdü. Başqa sözlə, Hakan Fidanın bu açıqlaması bir qədər siyasi gedişdir”.

E.Özer deyib ki, bununla belə, yerli istehsal olan mühərrik üzərində işlər aparılır:

“Halbuki partiya daxilindəki bəzi qruplar elə ilk istehsaldan etibarən tamamilə 100% türk təyyarəsi olacaq kimi təbliğat aparırdılar. Hakan Fidan gerçəyi açıqladı. Ona görə də artıq o, siyasi fiqurdur, partiya daxilində namizəddir”.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
45
globalinfo.az

1Источники