RU

Rusiya Azərbaycan və Türkiyəyə möhtac qaldı

Rusiya Azərbaycan və Türkiyədən yanacaq alıb Krıma tədarük etmək istəyir.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Ukraynanın hücumları nəticəsində Rusiya neft emalı zavodunun gücü gündə 338 min tona bərabər olub.

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin və Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov “nyus.ru”ya bildirib ki, rəsmi Moskva kütləvi şəkildə Çin, Türkiyə, Belarus və Azərbaycandan yanacaq ala bilər.

“Əvvəllər Uzaq Şərqdəki kəsir Sibir kimi qərb bölgələrindən artan tədarüklə qapadılırdısa, indi bu bölgələrdə artıq yanacaq yoxdur. Ona görə də onlara Çindən və digər Asiya ölkələrindən yanacaq almağa icazə verilir. Qafqaz və Kuban vasitəsilə Krımın tələbatı ödənilə bilər. Belarusdan tədarüklər Mərkəzi Rusiya və Şimal-Qərb əyalətlərinin kəsirini təmin etmək üçün mümkündür”, – Yuşkov vurğulayıb.

Избранный
16
4
axar.az

6Источники