RU

Əhalinin həm gəliri, həm də banka borcu artıb - Mərkəzi Bank


Bu ilin I yarısında Azərbaycan əhalisinin borc yükünün sərəncamında qalmış gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0,5 faiz bəndi artaraq 18,5 % olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.
Banklar arasında keçirilən kreditləşmə fəaliyyətinə və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə görə, bazar payına əsasən, bankların 49 %-i əhalinin borclanmasında dəyişiklik olmadığını, 50 %-i isə orta dərəcədə artım olduğunu bildirib.
“Əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir”, – deyə hesabatda qeyd olunub.


Избранный
12
17
gender.az

10Источники