RU

50 qəpiyə limon satanın 1 milyon manatlıq “hesab”ıVİDEO

50 qəpiyə limon satır, amma hesabında 1 milyon manata yaxın vəsait var.

"Xəzər Xəbərə'' müraciət edən Yevlax sakini, 61 yaşlı Zahid Hüseynov belə iddia edir. Müsahibimiz deyir ki, ailəsi Yevlxda yaşasa da, özü paytaxtın müxtəlif ərazilərində limon satır. Bir neçə ay əvvəl ona Daşkəsən rayon polis şöbəsindən məlumat verilib ki, yaşlı qadının bank kartından kiberdələduzluq yolu ilə pulu mənimsəyib. Zahid Hüseynovu həmin zəngdən bir neçə gün sonra polis paytaxda saxlayıb və Daşkəsən rayon Polis Şöbəsinə aparılıb.

Zahid Hüseynov deyir ki, bu hadisədən sonra ciddi narahat olub və bütün banklara gedərək adına hesab açılmasını yoxladıb. Amma belə bir hesabın və 1 milyon manatın olmasını heç bir bank təsdiq etməyib. Hesab edilir ki, həmin hesab elektron pul kisəsi vasitəsilə yaradılıb.

İndi zərərçəkmiş Zahid Hüseynovun bir istəyi var. Onun adına hesab açaraq kiberdələduzluq edən cinayətkar dəstə saxlanılsın və istintaqa cəlb edilsin. Zahid kişi başına gələnlərlə yanaşı, pulların əsl sahiblərini də unutmur.

İddiaların doğru olub-olmamasını öyrənmək üçün Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirdi ki, həmin vətəndaşın müraciəti əsasında ərazi polis orqanında araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Избранный
24
5
xezerxeber.az

10Источники