RU

Berlində silah tədarükünə qarşı nümayiş - ÖZƏL

Berlində Ukrayna və İsrailə silah göndərilməsinə etiraz olaraq kütləvi aksiya keçirilib.

Olaylar xəbər verir ki, bu barədə "Berliner Zeitung" məlumat yayıb.

Bildirilib ki, iştirakçılar Berlinin Mitte rayonundakı Bebelplatz meydanında toplaşaraq mitinq keçirib, daha sonra şəhər boyunca yürüş edərək aksiyanı yenidən həmin meydanda yekunlaşdırıblar.

Polisin məlumatına görə, nümayişdə təxminən 7,5 min nəfər iştirak edib. Təşkilatçılar isə bu rəqəmin 20 min olduğunu açıqlayıblar.

Aksiya iştirakçıları silahlanmanın artırılmasına qarşı çıxıb, Ukrayna və Qəzza sektorunda münaqişələrin dayandırılmasını tələb edib, həmçinin sülhün əldə olunması üçün əlavə diplomatik səylərə çağırış ediblər.

Qeyd olunur ki, etirazçılardan biri Almaniya kansleri Fridrix Mertsi "müharibəni qızışdırmaqda" ittiham edib.

Xatırladaq ki, bir müddət əvvəl Polşanın paytaxtı Varşavada da ölkənin Ukraynadakı döyüşlərə cəlb olunmasına qarşı etiraz aksiyası keçirilmişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
olaylar.az

1Источники