Rusiyanın Kamçatka diyarında 6,4 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka fililalı məlumat yayıb.
Yeraltı təkanlar Petropavlovsk-Kamçatka şəhərindən 224 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələ ocağı 19,9 km dərinlikdə olub.