Şəki, 3 oktyabr, AZƏRTAC
Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri Şəki Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Xəstəxanaya qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər (kişi cinsli) daxil olub.
Həkim briqadası yaralıların hər birini ilkin müayinədən keçirib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Hadisə ilə bağlı araşdırma başlanılıb, təhqiqat aparılır.