GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində (XMAO) məktəblərdə hicab və niqab geyinmək qadağan edilib.
Globalinfo.az xəbər verir ki, bu Rusiyada hicab və niqaba qadağa qoyulan ikinci region olub. Bundan əvvəl oxşar qərar bir il əvvəl Vladimir vilayətində tətbiq edilmişdi.
Qeyd olunur ki, XMAO Təhsil və Elm Departamenti regionun bütün təhsil müəssisələrində baş örtüyünə dair qaydaları təsdiqləyib. Tələblərə əsasən, şagirdlərə hicab, niqab, papaq və digər baş geyimləri geyinmək qadağandır.
Qərarlar məktəblərin özləri tərəfindən, valideyn şuraları və ictimaiyyətin rəyi nəzərə alınmaqla qəbul edilib. Qadağa yalnız dini geyimlərə deyil, ümumilikdə bütün baş geyimlərinə şamil olunur.
Departamentin açıqlamasında bildirilir ki, valideynlər övladlarını məktəbə yazdırmazdan əvvəl qaydalar barədə məlumatlandırılır. Əgər razılaşmırlarsa, evdə təhsil kimi alternativ variantları seçə bilərlər.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.