RU

Paşinyan Əliyevlə görüşdən sonra bunları dedi: Erməniləri həyəcanlandıran razılaşma

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub. Bu görüşdə bir neçə mühüm məsələlərə toxunulub. Tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar.

Liderlərin görüşü Bakı və İrəvan arasındakı mövcud vəziyyətdə necə dəyərləndirilməlidir?

Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimli deyib ki, Azərbaycanla Ermənistan arasında birbaşa təmaslar təqdirəlayiqdir:

“Vasitəçilərsiz keçirilən görüşlər daha səmərəli və problemin həllinə yönəlik olur. İlham Əliyevlə Nikol Paşinyan arasında Kopenhagendə baş tutan görüşdə bir sıra razılaşmaların əldə edildiyini demək mümkündür. Buraya xüsusilə Azərbaycanın işğal altında olan dörd kəndi ilə bağlı məsələ və nəqliyyat əlaqələrinin bərpa edilməsi daxildir. Hesab edirəm ki, kəndlər mövzusunda yol xəritəsinin konturları müəyyənləşdirilib və işçi qrupuna müvafiq tapşırıqlar verilib.

İkincisi əsas məsələ isə iki ölkə arasında nəqliyyat kommunikasiyasının bərpasının müzakirəsidir. Burada qarşılıqlı maraqlar mövcuddur. İlk növbədə sərnişin təyyarələrinin digər ölkənin hava məkanından istifadəsinə razılıq verilməsi gündəmdə ola bilər. Bundan başqa, Ermənistanın müvafiq strukturlarının ölkəmizin dəmir yoluna qoşularaq xaricə çıxış imkanlarını artırması ehtimalı da var. Hazırda bu məsələyə TRİPP layihəsinin (Zəngəzur dəhlizi-red.) bir hissəsi kimi baxılır.

Mütəllim Rəhimli

Eyni zamanda, layihənin reallaşması üçün infrastrukturun qurulması ilə bağlı məsələlərin də danışıqlar predmeti olduğu söylənilə bilər. Bu kontekstdə Azərbaycan və Ermənistanın üzərinə düşən vəzifələr və onların yerinə yetirilmə müddətləri də nəzərdən keçirilib.

Çünki Paşinyan ölkəsinə qayıtdıqdan sonra bildirib ki, regionda infrastruktur və nəqliyyat əlaqələrinin açılması yaxın gələcəkdə mütləq baş tutacaq. Bu açıqlama iki ölkə rəhbərinin görüşündə kifayət qədər səmərəli qərarların qəbul edildiyini göstərir”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
globalinfo.az

1Источники