RU

Ramiz Karaeski nin həbsi istənilir

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyəli aktyor Ufuk Bayraktara Beyoğluda bir restoranın sahibindən pul tələb etdiyi üçün iddianamə hazırlanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "birdən çox adamın olduğu iş yerini talama" maddəsi ilə 7,5 ildən 12 ilə qədər həbs oluna bilər.

Qeyd edək ki, aktyor avqust ayında dostu Volkan Akbaşla birlikdə saxlanılıb. İkilinin restorana basqın edərək sahibinə və işçilərinə hücum etdiyi bildirilir. İstintaq zamanı məlum olub ki, Bayraktar iyulun 8-də bir neçə nəfərlə birlikdə Beyoğludakı restorana gedərək "buranı əlinizdən alacaqlar, biz sizi qoruyacağıq, həftədə 25 min lirə ödəyəcəksiniz" deyərək, onları təhdid edib.

Sahibkar pulu ödəməkdən imtina etdikdən sonra Bayraktarın dostu Volkan Akbaşla birlikdə yenidən həmin məkana gedib və 10 min lirə tələb edib. Bayraktar və Akbaş bu görüşdən sonra restoran sahibi ilə mübahisə edib. Daha sonra onlar Sülh Cəza Məhkəməsinə sövq edilərək, səyahət qadağası və müntəzəm polis ziyarətləri şərti ilə sərbəst buraxılıblar.

Qeyd edək ki, Ufuk Bayraktar "Ezel" serialındakı "Ramiz Karaeski" obrazı ilə məşhurlaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
axsam.az

1Источники