RU

“Neftçi”nin baş məşqçisi: “O, görünməyən VAR-dan penalti çıxardı, udmağımız mümkünsüzdür”

"Neftçi" Premyer Liqanın 7-ci turunda səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfrnansında jurnalistlərin suallarını cavablandırıb:

- Komandamla qürur duyuram. Oyuna yaxşı girə bilmədik. Rəqibimiz də çətin və sərt komanda idi. Buna baxmayaraq, hər an oyunda rahatlıq var idi ki, oyunu çevirə bilərik. Futbolçular bunu etdi. Əzmkarlıq göstərdilər. Bu vaxta qədər bizə irad tutulan "Neftçi" ruhunu geri qaytarmışıq. Buna görə futbolçuların alınlarından öpürəm. Bu gün nəticəni və xalı qoyaq kənara, komandadan razıyam. Bəllidir ki, biz tək meydanda rəqibə qarşı oynamayacağıq. Futbolçularımızı da buna kökləməliyik.

- Meydanda tamamilə başqa "Neftçi" var idi. "Zirə"yə qarşı xüsusi hazırlaşmışdınız? Qapıya zərbələriniz o qədər də dəqiq deyildi. Planlarınız var?

- İşimiz çoxdur. Bu oyun sadəcə olaraq dramatik keçirdi. Bundan əvvəlki oyunlarda da favorit biz idik. Bitiriciliklə bağlı problemlərimiz var. Qollar vuracağıq, daha da yaxşı olacağıq. Futbolçularımdan razıyam.

- VAR-da şəkilə baxıb, penalti verildi. Bu epizodu necə şərh edərdiniz?

- Hakim görünməyən VAR-dan penalti çıxardı. Bu gün bizim udmağımız mümkünsüzdür. Maraqlısı da odur ki, 4-cü hakim dəfələrlə yalvardım, dedim ki, qurban olum, mən uşaqları sakitləşdirəcəm, sən o epizoddan qabaq Kurçinin epizodunu baş hakimə izlətdir. Dedi narahat olma, deyəcəm. Bilirəm axı deməyəcək. Dedim, yanındayam, denən. Baş hakim sonra bildirdi ki, Alessionun epizodu ilə bağlı mənə heç nə deyilmədi. Yaxşı "Neftçi" olacağıq. Azarkeşlərə deyirəm, heç kimin şübhəsi olmasın. Sadəcə, çoxunda yaxşı "Neftçi"ni görmək qorxusu var. Komandamla bunları aradan qaldıracam.

Избранный
10
8
sportinfo.az

10Источники