RU

"Neftçi" - "Zirə" oyununda 4 qol vuruldu

Misli Premyer Liqasının VII turunda daha bir oyun keçirilib.

 

Modern.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" səfərdə "Zirə" ilə üz-üzə gəlib.

 

Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

 

Qonaqların heyətində 66-cı dəqiqədə Fredi Varqas, 88-ci dəqiqədə Bassala Sambu fərqlənib. Meydan sahiblərində 27-ci dəqiqədə Giorgi Papunaşvili, 90+8-ci dəqiqədə Ruan Renato adını tabloya yazdırıb. Qəsəbə təmsilçisində Ayron Qomis 90+10-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

 

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Neftçi" 8 xalla yeddincidir.

Избранный
5
9
modern.az

10Источники