Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qəzzada yaşayan 870 mindən çox sakin təhlükəsizlik məqsədilə evakuasiya edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, HƏMAS hərəkatının maneə yaratmasına baxmayaraq, evakuasiya prosesi davam edir və artıq əhalinin böyük hissəsi şəhərin cənubuna köçürülüb.
Qeyd edək ki, ordu sakinləri humanitar zonaya keçməyə çağırıb və təhlükəsizlik üçün onların bu addımı atmalarını tövsiyə edib.
Əlavə edək ki, ABŞ lideri Donald Tramp bir neçə saat öncə HƏMAS-a vaxt verdiyini açıqlayıb və anklavdakı sakinlərin daha təhlükəsiz əraziyə köçməsi ilə bağlı çağırış edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.