RU

“Sumqayıt”dakıların xəbəri olsun – “Məqsədimizdən əl çəkməyəcəyik”

“Kəpəz” üzərində 3:0 hesablı parlaq qələbədən sonra “Turan Tovuz”da üzlər gülür.

Qərb təmsilçisi “Zirə”nin “İmişli” ilə heç-heçə oynamasından istifadə edərək hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Kuban Berdıyevin çalışdırdığı kollektiv hərəyə 12 xal olmaqla zirəlilərlə birliklə liderlik edir.

Sırada isə kifayət qədər ciddi rəqib – avrokubok iddiasını ortaya qoyan “Sumqayıt”dır.

Bu qarşılaşma hər iki komandanın əsl gücünü göstərəcək, eyni zamanda Berdıyevlə Saşa İliçin ilk dueli kimi yadda qalacaq.

“Turan Tovuz”un əsas simalarından olan, ispaniyalı yarımmüdafiəçi Alexandro Serrano qarşılaşmadan əvvəl Sportinfo.az-a açıqlama verib:

“Təbii ki, Sumqayıta qələbə dalınca gedəcəyik. Məqsədimiz bütün oyunlardan 3 xalla ayrılmaqdır.

“Sumqayıt”ın da iddiası var və bunu ötən matçlarda göstərib. Hər iki komanda meydana öz hədəfi üçün çıxacaq.

Doğma meydanda, öz azarkeşlərinin qarşısında oynaması rəqib üçün üstünlükdür. İstənilən halda məqsədimizdən əl çəkməyəcəyik”.

Oktyabrın 4-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşəcək duel saat 19:30-da başlayacaq.

HƏBİB

Избранный
6
sportinfo.az

1Источники