RU

25 illik hakimiyyət sona çatdı, 5 yaşlı şahzadə tarixə düşdü

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Lüksemburqda yeni monarx taxta çıxıb. 25 il ölkəni idarə edən Böyük Hersoq Anri bu gün rəsmi şəkildə hakimiyyətdən əl çəkib və taxtını böyük oğlu Giyoma verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Giyom bu gün parlamentin təntənəli iclasında and içib. Yeni hökmdar çıxışında bildirib:

“Mən elə bir böyük hersoq olmaq istəyirəm ki, nəsillər arasında, ənənə ilə innovasiya arasında körpü qura bilim”.

Kiçik dövlət olsa da, Lüksemburqda bu hadisə böyük coşqu ilə qarşılanıb. Təntənəli mərasimə Niderland və Belçika krallıq ailələrinin nümayəndələri də qatılıb.

Qeyd edək ki, böyük hersoq titulu zadəganlar iyerarxiyasında hersoqla kral arasında dayanır. Dövlət başçısı əsasən rəmzi funksiyalar yerinə yetirsə də, qanunları təsdiqləmək hüququna malikdir.

Yeni hökmdar Giyomun həyat yoldaşı Stefani ilə iki övladı var – Şarl və Fransua. Onlardan böyüyü, cəmi 5 yaşlı Şarl bu gün rəsmi şəkildə dünyanın ən gənc taxt varisi elan olunub.

Aysel Əliyeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
globalinfo.az

1Источники