RU

Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb Qərbi Azərbaycan Xronikası

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

BAKU.WS xəbər verir ki, "Kəndimiz üçün qərbisəyəndə, yadıma biçilmiş otun iyisi düşür" adlı veriliş Ağbaba mahalının Amasiya rayonunun Balıqlı kənd sakini Avtandil Məmmədovun həyat hekayəsinə həsr olunub.

O, 1955-ci ildə anadan olduğunu, 33 yaşına qədər uşaqlıq və gənclik illərinin kənddə keçdiyini deyib: "Kəndimiz üçün qərbisəyəndə, yadıma biçilmiş otun iyisi düşür. Çaldaşdan Arpa gölünə baxdığımız mənzərə heç vaxt yaddaşımdan silinmir. Toylarımız, Novruz bayramı çox təntənəli keçirilirdi, Xıdır Nəbidə qovud qoyulurdu. Gözəl dağları, yamaclar, bulaqları var idi. Uşaq vaxtı dağlara çıxardıq, orada küp qırıqları, mağara var idi.

Onun sözlərinə görə, 1940-cı illərdə Xançallı kəndi Balıqlı kəndinə köçürülüb: "Dəmirçilər, bozallar, zərgərlər, aşırlılar kimi böyük tayfalar Balıqlıya köçürülüb. 1988-ci ilə qədər onlara aid qəbristanlıqlar dururdu. Ağbabada erməni yaşamayıb. Sırf azərbaycanlılar olub. Doğum sayı bizdə çox yüksək olub. 80 evlik kəndimizdə 6 qəhrəman ana vardı. Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb. Ermənilər kəndə gələndə "Zil" maşınlarının qabağına Andranikin şəkilini vururdular. Biz uşaqlar maşının kabinasından o şəkili qopardıb atırdıq. Ermənilər qonşu kəndlərdən gəlib basma kəsir, əvəzinə 3-5 manat, ya bir toyuq alırdılar.

Balıqlı kənd sakini erməni vəhşiliyindən və qaçqınlıq illərindən danışıb və bildirib ki, 1918-ci ildə ermənilər Şiştəpə kəndində uşaq, qoca, qadın, əllərinə kim keçibsə öldürüblər, onları üstüstə yığıb şişə taxıblar: "Ermənilər Axıskada yay vaxtı türkləri, azərbaycanlıları vəhşiliklə qırıblar. Külək əsəndə meyitlərin qoxusu qonşu kəndlərə gəlirmiş. 1988-ci ilin yayında kəndimizdə hadisələr başladı. Cəmi 5-10 ailə payıza yaxın köçüb Rusiyaya getmişdi. Dekabrın 7-də zəlzələ baş verdi. Camaatın çıxmağa yolu yox idi. Amma zəlzələ bunların başını qatdı, camaat Qaraxaç dağ yolu ilə Borçalıya getdi. Beləcə, kənd bir-iki ayın içində boşaldı. Mən də 5 nəfərlik ailəmlə Borçalıya gəldim, sonra Sumqayıtda məskunlaşdım.

Vətən həsrətinin izah olunmayan bir duyğu olduğunu söyləyən A.Məmmədov vurğulayıb: "Çox arzuluyıram ki, kəndimizə qayıdım və ruhumu, canımı kəndimizin torpağında tapşırım. Biz doğma torpağımıza mütləq qaydacağıq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 3-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
2
baku.ws

3Источники