
Havalar sərinləşdikcə mövsümi xəstəliklərlə bağlı narahatlıqlar da aktuallaşır. Xüsusilə temperaturun bəzən enməsi, bəzən də əksinin müşahidə olunması səhhətimizə təsir edir. Artıq əksəriyyət öskürək, halsızlıq, hərarət kimi əlamətlərdən şikayətlənirlər.
Belə dövrlərdə hansı xəstəliklər daha çox yayılır? Özümüzü necə qoruya bilərik?
Gender.Az xəbər verir ki, Globalinfo.az-a danışan terapevt Vüsalə Mirzəyeva deyib ki, hazırda hava şəraitinin gah isti, gah da soyuq keçməsi əhali arasında mövsümi qriplərin daha geniş yayılmasına səbəb olur:
“Xüsusilə virus mənşəli infeksiyalar artır. Bu kimi xəstəliklərdən qorunmaq üçün insanların sıx toplaşdığı yerlərdə maska taxmaq lazımdır. Bol maye, eyni zamanda, vitaminlərlə zəngin meyvə-tərəvəzlərdən (mandarin, portağal və sair) istifadə etmək immunitetin güclənməsinə kömək edir”.
Mütəxəssis bildirib ki, havaların soyuması ilə əlaqədar olaraq “sətəlcəm” kimi tanınan virus mənşəli pnevmoniyalar da yayılır:
“Bu xəstəlikdən qorunmaq üçün ilk növbədə profilaktik tədbirlər görülməlidir”.