RU

Onunla yeni müqavilə imzalamağa tələsmir - Almaniyanın tanınmış klubu

“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska klubda son mövsümünü keçirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun müqaviləsi bu mövsümün sonunda başa çatır və Münhen klubu yeni müqavilə təklifiylə bağlı danışıqlara başlamağa tələsmir.

Bunun iki səbəbi olduğu bildirilir: birincisi, oyunçunun yüksək maaşı (illik 17-18 milyon avro), ikincisi, komandada onu əvəz edəcək futbolçular – Aleksandr Pavloviç və Tom Bişofun olmasıdır.

Qoretska 2018-ci ildən “Bayern”də çıxış edir. O, Münhen klubunun heyətində bütün yarışlarda 271 oyuna çıxıb, 46 qol vurub və 48 məhsuldar ötürmə edib.

Избранный
6
sportinfo.az

1Источники