RU

Kərəmli planlarını açıqladı - "Şəfa" BOS-da sınaq matçına çıxacaq

1-ci Liqanın 4-cü turunda MOİK-i 4:1 hesabı ilə yenərək millilərin oyunları ilə əlaqədar yaranan fasiləyə 12 xalla vahid lider qismində yollanan "Şəfa"nın futbolçularına 3 günlük istirahət verilib.

Bunu Fanat.Az-a açılamasında Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli deyib.

34 yaşlı mütəxəssis sınaq matçı keçirəcəklərini bildirib: "Komanda bu gündən istirahət edəcək. Oktyabrın 6-da Bakı Olimpiya Stadionunda bir araya gələrək məşqlərə başlayacağıq. Oktyabrın 10-da BOS-da "Cəbrayıl"la yoxlama oyunu keçirəcəyik".

Nihat

Избранный
61
fanat.az

1Источники