RU

İtaliyada mədəsində 1,4 kq heroin olan qadın saxlanılıb

Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.

İtaliyanın Berqamo şəhərinin hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları 46 yaşlı rumın əsilli qadını mədəsində 120 heroin kapsulunu keçirməyə cəhd göstərərkən saxlayıblar.

2013-cü ildən İtaliyada yaşayan və küçədə geyim satıcısı işləyən qadın Brüsseldən Berqamoya gəlib. Orada onu hava limanının maliyyə polisi gömrük xidmətilə əməkdaşlıq edərək saxlayıblar.

Əməliyyat Belçika gömrüyünün ötürdüyü və Romadakı Fırıldaqlarla Mübarizə İdarəsi tərəfindən göndərilən məlumatından sonra başladılıb.

Dindirilmə zamanı qadın səyahəti ilə bağlı ümumi və ziddiyyətli açıqlamalar verib. Onun baqajının olmaması və həyəcanlı görünüşü də şübhələri artırıb.

Berqamodakı xəstəxanada aparılan növbəti rentgen müayinələri isə onun ümumi çəkisi 1,393 kq heroin olan 120 plastik kapsul udduğunu təsdiqləyib.

Kapsullar götürüldükdən sonra narkotik vasitə müsadirə edilib, qadın isə həbs edilərək Berqamo həbsxanasına aparılıb.

/report

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
5
azxeber.com

10Источники