RU

DİN: 2 nəfərin ölməsi, 7 nəfərin yaralanması ilə bağlı yayılan xəbərlər yanlışdır

Bakıda yol qəzasında üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır.

 

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

 

Bildirilib ki, əslində bu gün saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Belə ki, "Hyundai" markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Opel" markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 4 Oktyabr 2025, 03:19   
Избранный
3
12
pravda.az

10Источники